22 Noyabr 2024

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən “İki sahil”ə verilən məlumata görə, iclasda QHT sektorunun ümumi vəziyyətinin qiymətləndirilməsi üzrə Konsepsiya Sənədi layihəsi məsələsinə baxılıb, müzakirələr aparılıb. Gündəlikdə, eyni zamanda, Agentliyin kənar auditorununun təyin edilməsinə dair Müşahidə Şurasının 2022-ci il 21 yanvar tarixli qərarının icrası haqqında məsələlər öz əksini tapıb.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə olunub.