22 İyun 2025

Ötən ay sığortaedənlərin sayı artıb

Fevral ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 9 396 vahid və ya 0,58% artaraq, 1,76 milyon vahid təşkil edib.

Bu barədə “İki sahil”ə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 031 vahid, fiziki şəxslər üzrə 7 366 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 999 vahid artıb.