Apreldən başlayaraq Kürdə suyun artacağı gözlənilir
Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda sululuq artıb. Bu da Kür çayında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.
Bunu Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
“Aprel ayından başlayaraq havanın temperaturunun artması və qarın əriməsi, yağan yağışlarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir”, – o deyib.
A.Verdiyevin sözlərinə görə, hazırda qar ölçmə işləri, aprel, may, iyun ayında gözlənilən hava şəraitinin təhlilləri yekunlaşmaq üzrədir:
“Aprelin əvvəlində çaylarda gursululuq proqnozu hazır olacaq”,- mərkəz direktoru deyib.