20 İyun 2025

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi artdı

Cari ilin fevral ayında yanvarla müqayisədə kənd təsərrüfatı məsullarının istehsalçı qiymətləri indeksi 101,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 102,3 faiz, heyvandarlıq məhsulları üzrə 100,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 101,6 faiz olub.