22 İyun 2025

Kiyevdə ticarət mərkəzi atəşə tutuldu: Ölən və yaralananlar var – VİDEO

Ukraynanın paytaxt Kiyevin Podolski rayonunda Rusiya silahlılarının ticarət mərkəzini atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Eyni zamanda ticarət mərkəzinin dayanacağında və 3-4-cü mərtəbəsində avtomobillər yanıb.

Gecə saatlarında yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 1500 kvadratmetr olan yanğın lokallaşdırılıb. Hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.https://player.baku.tv/embed/51899

Mənbə: UNİAN