Ukrayna DİN: “Azovstal uğrunda döyüşlər gedir”

Rus ordusu Mariupoldakı “Azovstal” metallurgiya zavodunu ələ keçirməyə çalışır.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirinin müşaviri Vadim Denisenko məlumat verib.
Deniskonun sözlərinə görə, rus ordusu metallurgiya zavodunu, demək olar, məhv edib.
“Mariupolda vəziyyət dəhşətlidir, indi “Azovstal” uğrunda döyüşlər gedir. Bizdə olan məlumatlara görə, deyə bilərik ki, biz bu iqtisadi nəhəngi itirmişik, Avropanın ən böyük zavodlarından biri faktiki olaraq məhv edilir”, – deyə o bildirib.
Media1.az