22 Noyabr 2024

MEDİA VƏ QHT NÜMAYƏNDƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞ OLACAQ

Növbəti “Açıq qapı” aksiyası 18 mart saat 12:00-da “Azəriqaz” İB-nin Metrologiya Departamentində (Nizami rayonu, Oktay Əliyev 72) keçiriləcək.

“Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib. Bu səbəbdən Birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək. “Açıq qapı” aksiyası çərçivəsində bu prosesi izləmə imkanınız olacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

d188c2ed-9c6d-4b75-8a89-842ff6558623.jpg (229 KB)