Novruzda avtovağzallarda sıxlıq olacaq – sərnişin qatarları niyə işə düşmür?
ADY: “Bu ayın sonuna kimi yeniliklərlə bağlı ictimaiyyət məlumatlandırılacaq”
Hər il Novruz bayramı ərəfəsində paytaxt Bakıdan rayonlara yollanan insanların sayı artır. Bu isə əsas yollarda, xüsusilə avtovağzal və dəmir yolu vağzallarında sıxlığın yaranmasına səbəb olur. Ancaq rayonlara işləyən qatarların fəaliyyəti pandemiyaya görə dayandırılıb, hələ də açılmayıb. Halbuki ölkəmizdə artıq pandemiya ilə bağlı sərt qaydalar, qadağalar aradan götürülüb. Bunun fonunda sərnişin qatarlarının fəaliyyətinin bərpası niyə gecikir?
Ekspertlər hesab edirlər ki, paytaxtdan bölgələrə və əks istiqamətdə işləyən avtomobillərin sayını azaltmaq, bununla bağlı yaranan sıxlığın aradan qaldırılması üçün sərnişin qatarlarının bərpası vacibdir.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, sərnişin qatarlarının fəaliyyətinin bərpası üçün işlər görülür. Bu ayın sonuna kimi yeniliklərlə bağlı ictimaiyyət məlumatlandırılacaq.