22 İyun 2025

Almaniya kansleri Türkiyəyə təşəkkür edib

“Rusiyanın Ukraynaya hücumu davam edir. Bu hücumla bağlı narahatlıq, atəşkəsə qısa zamanda nail olmaq mövzusunda da Türkiyə ilə həmfikirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı deyib. O, qeyd edib ki, Ukraynada mülki şəxslərin döyüşlərin gedən ərazilərdən çıxması üçün güvənli bir dəhlizə ehtiyac var.

“Rusiya və Ukrayna arasında danışıqlar çox vacibdir. Biz partnyorlarımızla danışıqlar zamanı müharibəni dayandırmaq üçün əlimizdən gələni edirik. Türk müttəfiqlərimizin diplomatik həllin tapılması üçün göstərdiyi addımları müsbət qarşılayırıq. Rusiya və Ukrayna xarici işlər nazirlərinin Türkiyədə görüşməsi də çox faydalı oldu“, – deyə Olaf Şolts bildirib.

Almaiya Kansleri Türkiyə tərəfinə Montrö konvensiyasının tətbiq etdiyi üçün təşəkkür edib.

Kansler Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb.