Belarusdan Ukraynaya doğru hərbi texnika karvanı irəliləyir

Belarusda Ukrayna ilə sərhədə doğru hərəkət edən böyük hərbi texnika karvanı müşahidə edilib.
Media1.az bununla bağlı Ukrayna mediasına istinadən xəbər verir. Hərbi karvanı əks etdirən videonu hərbi komandir Andrey Tsaplienko yayıb.
“Belarusdan düşmən kolonu Ukrayna sərhədinə yaxınlaşır”, – məlumatda deyilir.
Görüntülərdə hərbi yük maşınları və digər zirehli maşınlar əks olunub. Karvanın qarşısında V hərfi ilə işarələnmiş texnika irəliləyir ki, bu da onun Rusiya Silahlı Qüvvələrinə aid olduğuna işarə sayılır.