22 Noyabr 2024

Rumıniyadakı həmkarımızdan təxliyə ilə bağlı ÖZƏL AÇIQLAMA

REAL TV-nin əməkdaşları hazırda Rumıniyanın Yassi şəhərinə ezam olunublar. Heyət hava limanında Rusiya-Ukrayna müharibəsi zamanı oradan gələn vətəndaşlarımızın ölkəmizə təxliyə edilməsini lentə alır.

Hazırda təxliyyə ilə bağlı Demokrat.az-a eksklüziv açıqlama verən Kamil Eldaroğlu bildirdi ki, hazırda Ruminiyanın Yassi şəhərində 200-dək soydaşımız artıq təyyarəyə minib. O qeyd edib ki, vətəndaşlarımızın bir azdan Azərbaycana yola düşməsi gözlənilir: 

Şəkilin açıqlaması yoxdur.

“Burada olan soydaşlarımız Ukraynadan Moldovaya gələn vətəndaşlarımızdır. REAL TV olaraq apardığımız müşahidələr zamanı dövlətin vətəndaşının istənilən çətin anda yanında olduğunun bir daha şahidi olduq. Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən çarter reysləri vasitəsilə vətəndaşlarımız təxliyə edilir. Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən Ukraynadan 200-dək soydaşımız Yassi şəhərinə gəlib. Burada onlar çox gözəl qarşılandılar. İstər qidalanması, qalması baxımından, istərsə də diqqət və qayğı. Əsasən ailələr, uşaqlar, ahıl yaşlı şəxslər təxliyyə olunur. Həmçinin, həyat yoldaşları Ukrayna vətəndaşı olanların belə ölkəmizə təxliyəsi artıq reallaşır. Buradan növbəti səfərimiz Moldovaya olacaq. Moldovadan ən son məlumatları çatdırmağa çalışacağıq”.

Bir 9 nəfər, ayaqqabı və içəridə şəkili ola bilər
Bir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və bunu deyən yazı "HK travis OSPREY RENT FOR BUSINESS LANL" şəkili ola bilər
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Arzu
Demokrat.az