Jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi hazırlanıb – MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi hazırlanıb.
media1.az Trend-ə istinadən xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
“Media subyektləri üçün nəzərdə tutulan şəhadətnamələrin nümunələri hazırdır. Eyni zamanda jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi də hazırdır”, – deyə N.Məmmədli bildirib.
N.Məmmədli qeyd edib ki, bu sənədlərin ilkin versiyası hazırlanıb və müvafiq olaraq işçi qrumlarla müzakirə olunmaqdadır.