23 İyun 2025

Bu il üçün narkomaniya ilə mübarizə üzrə İş Planı təsdiqlənib

Bu il üçün narkomaniya ilə mübarizə üzrə İş Planı təsdiqlənib.

Bu barədə “İki sahil”ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildiirlib ki, Baş nazirin müavini, Dövlət Komissiyasının sədri cənab Əli Əhmədov tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilə dair İş Planı təsdiq edilmiş və aidiyyəti üzrə icraya yönəldilib.

Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilib.