23 İyun 2025

Azad olunan ərazilərdə ötən həftə 64 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA ) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan “İki sahil”ə bildirilib ki, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 39 tank əleyhinə mina və 36 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd olunub ki, 129, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.