23 İyun 2025

“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İB Bərdədə vətənpərvərliklə bağlı tədbir keçirib

“QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin daha bir tədbiri uğurla icra olunmuşdur.

Birliyin “gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi ” adlı layihəsi 05.03.2021-ci il tarixində, saat 12-00-da, Bərdə Peşə liseyində keçirilmişdir.

Layihə Azərbbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirimişdir.Tədbirdə 50 nəfərdən artıq tələbə və müəllim heyəti, şəhid ailələri, qazilərimiz və veteranlarımız iştirak edirdilər.Hər bir iştirakçıya ayihə çərçivəsində vətənpərvərlik mövzusunda hazırlanmış bukletlər və dəftərxana ləvazimatları paylanmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini və “QÜRUR”şəhid ailələri xeyriyyə ictimai birliyinin loqolarından və layihənin adından ibarət baner qoyulmuşdu.

Tədbiri Layihənin rəhbəri Baibə Behbudova açdı. İlk öncə himnimiz səsləndirildi. Sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Təşkilatın sədri birliyin fəaliyyəti və layihə haqqında məlumat verdi.

Sonra şəhid ailələrinə və qazilərimizə söz verildi. Şəhid Xudayarın anası İradə xanıma verildi. İradə xanım oğlu haqqında danışaraq, onunla qürur duyduğunu bildirdi.

Daha sonra Qazilərimizdən Yusufzadə Məhəmmədə söz verildi.

Onun üçün döyüş yollarından çıxış eləməyin nə qədər çətin olsada, bir o qədər də şərəfli olduğunu söylədi. Daha sonr söz şəhid Qəmbərov Mehmanın qardaşı Cavid Qəmbərova söz verildi.1-ci və qrabağ veteranı, birliyin həmsədri Bəxtiyar çıxış edərək,gənclərə öz tövsiyəsini verdi.Daha sonra Bərdə rayonun gənclər və idman şöbəsinin nümayəndəsi Aydın Qasımov çıxış elədi.

Tədbirin sonunda qonaqlar və iştirakçılar çay süfrəsinə dəvət olundu.