24 Dekabr 2024

300-ə qədər Azərbayan vətəndaşı Xarkovdan yola salınacaq – Fəxri konsul

“Bu gün 300-ə qədər Azərbayan vətəndaşı Xarkovdan Polşa sərhədinə yola salınacaq”.

Bunu “İki sahil”ə açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

Konsul bildirib ki, qatar 1 saat ərzində yola düşəcək: “Vətəndaşlarımız qatarla Ukraynanın Lvov şəhərinə, oradan isə Polşa sərhədinə gedəcəklər. Vətəndaşlarımız sərhəddə qarşılanacaq”.