Ərdoğan Lukaşenko ilə Rusiya-Ukrayna danışıqlarını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı tərəflər Ukrayna və Rusiya nümayəndə heyətlərinin Belarusdakı danışıqlarını müzakirə edib.