22 Noyabr 2024

Qarabağ Azadlıq Təşkilatı Bərdədə tədbir təşkil edib

Fevralın 28 –də Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi Bərdə şəhərində 44 günlük müharibə vaxtı zərərçəkmişlər və müharibə qurbanı olmuş mülki şəhidlərin ailələriinin iştirakı ilə tədbirin təşkilinə nail olub.

Tədbirdə “Qürur” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, keçmiş müharibə iştirakçıları, ehtiyyatda olan zabitlər, 44 günlük müharibə vaxtı Bərdə rayonunun  Ermənistanın raket hücumuna məruz qalması  nəticəsində həyatını itirmiş mülki şəhidlərin ailə üzvləri iştirak etmişdilər.

Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyinin sədri Akif Nağı çıxış edərək keçirilən tədbirin mahiyyətinə aydınlıq gətirib. Bildirib ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Ağentliyinin maliyyə dəstəyilə “ Müharibədən sonrakı vəziyyət , insan faciələri , dağıntılar,dinc əhaliyə dəyən zərəri əks etdirən materialların hazırlanması və təbliği” layihəsi 44 günlük müharibə zamanı mülki əhalinin zərərçəkmiş olduğu 8 rayonu əhatə edir. O cümlədən ,  xeyli sayda mülki əhalinin qurbanı olduğu Gəncə və Bərdə şəhərlərində də törədilən qətliamların qurbanları haqqında məlumatlar toplanacaq, çapı nəzərdə tutulan kitabda yer alacaqdır.

Daha sonra 44 günlük müharibədə yaşananlar barədə “Qürur” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin həmsədri Naibə Behbudova , keçmiş döyüşçülər Gəray Əsədov, Bəxtiyar Hüsiyev, Elbəyi Məmməov , ehtitiyyatda olan zabit Ərşad İlyasov, müharibənin qurbamları olmuş mülki şəhidlərin ailə üzvləri, digər zərəçəkmişlər həmin müdhiş günlərdən bəhs etmiş, hadisələri yenidən xatırlamışlar.

Media1.az- Musa Muradlı