22 Noyabr 2024

Kiyevdə olan azərbaycanlı jurnalistdən SON DƏQİQƏ AÇIQLAMASI: “Rus qoşunları…”

Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli Musavat.com-a Ukraynadakı son vəziyyətlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, ölkədə fövqəladə vəziyyət elan edilib, hazırda evdən çıxmağa icazə yoxdur:

“Amma Kiyev sakitlikdir, hər şey nəzarət altındadır, hər hansı narahatlıq yoxdur, həyat öz axarındadır. Yalnız Donetsk və Luqanskda atəş səsləri eşidilir. Ancaq aeroportun vurulması haqda fakt yoxdur. Hava desantların Xarkova enməsi də yalan xəbərlərdir. Rus qoşunları Belarus sərhədində yığılıb, bir də Krım tərəfdədir. Hücum olacaqsa, bu iki istiqamətdən olacaq”.

Jurnalist bildirib ki, Kiyevin ətrafının raket atəşinə tutulması da doğru məlumat deyil:

“Sadəcə fövqəladə vəziyyətdir, hamıya deyilib çölə çıxmayın. İnsanlar narahatdırlar, çünki Rusiya tərəfi feyk məlumatlar yaymaqla panika yaradır”.