22 İyun 2025

Zelenski Putinə görüş təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə görüş təklif edib.

“Mən Rusiya Prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm”, – deyə V.Zelenski Münhen Təhlükəsizlik Konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, çıxışı zamanı həmçinin Budapeşt Memorandumunun iştirakçı ölkələrinin sammitinin çağırılmasını istədiyini bildirib.

Mənbə: Gazeta.ru