22 İyun 2025

ATƏT-in xüsusi iclasında Rusiya-Ukrayna sərhədindəki gərginlik müzakirə olunur

Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçirilir.

“Report” xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, tədbir Ukrayna XİN-in çağırışı əsasında keçirilir. İclasda Rusiya ilə Ukrayna sərhədində yaranmış vəziyyət müzakirə olunur.

Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.