Təbii qaz qurğularına aid 22 layihə sənədinin razılaşdırılmasından imtina edilib

Cari ilin yanvarında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 45 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.
Agentlikdən “İki sahil”ə verilən məlumata görə, keçən ay qaz təchizatı üçün layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 316 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 22 layihə sənədinin razılaşdırılmasından imtina edilib. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 9 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentlik tərəfindən 3 inzibati xəta haqqında protokol tərtib edilib və 1 inzibati tənbeh vermə haqqında qərar çıxarılıb.