İsrailli alimlər koronavirusdan ölüm riskini azaltmağın yolunu tapıblar

Bar-İlan Universiteti və Qaliley Tibb Mərkəzindən olan alimlər orqanizmdə D vitaminin çatışmazlığının koronavirusun ağır keçirilməsinə və ondan ölüm hallarının nisbətinin artmasına səbəb olduğunu müəyyən ediblər.
Alimlərin sözlərinə görə, D vitamini peyvəndi əvəzləməsə də, infeksiyanın ağır fəsadlarından qorunmağa kömək edir. İsrailli mütəxəssislər qeyd ediblər ki, araşdırmalar zamanı “omikron”a qədərki nümunələrə baxılsa da, sözügedən təsir həmin ştamma da aid oluna bilər.//Oxu.az