AzTV “Şuşa İli” ilə əlaqədar yeni layihəyəyə başlayıb VİDEO
Azərbaycan Televiziyası “Şuşa İli” ilə əlaqədar yeni layihəyə start verir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq.
İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər.
Hər buraxılış mövzular üzrə işlənəcək: məhəllələr, bulaqlar, məscidlər, tarixi abidələr və s.
Layihənin məqsədi erməni barbarlığını bir daha dünyaya nümayiş etdirməkdir.
Azərbaycan Televiziyasının bu layihəsi “Şuşa İli”nə bir töhfə olacaq.https://www.youtube.com/embed/hnJHOi2tm7w