22 Noyabr 2024

Millət vəkili Fatma xanım Yıldırım bərdəli seçiciləri ilə görüşüb

Fatma Yıldırım: “Bərdə rayonuna səfərimiz zamanı növbəti vətəndaş qəbulumuzu keçirdik.”

Fevralın 4-də Millət vəkili Fatma Yıldırım YAP Bərdə rayon təşkilatının binasında bərdəli seçicilərilə görüşüb.

Görüşdə seçicilərin müxtəlif məsələlərlə bağlı çoxsaylı müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial müdafiə, o cümlədən, torpaq və mənzil-komunal məsələləri ilə bağlı olub.

Görüş barədə özünün Facebook səhifəsində yazan Fatma xanım Yıldırım bildirib ki ,”Bərdə rayonuna səfərimiz zamanı növbəti vətəndaş qəbulumuzu keçirdik. Qəbul zamanı diqqətlə dinlənilən seçicilərin , qeydə alınmış problemlərinin həlli üçün tərəfimizdən aidiyyəti üzrə orqanlar qarşısında məsələlər qaldırılacaqdır. Müəyyən məsələlər isə yerindəcə öz həllini tapdı.”- deyə Millət vəkili qeyd edib.

Media1.az