Zəngilan və Laçın hava limanları turizmin inkişafına müsbət təsir göstərəcək
Zəngilan və Laçın hava limanlarının inşası turizmin inkişafına, sözsüz ki, müsbət təsir göstərəcək.
Bunu “İki sahil”ə açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
“Bu hava limanları bölgənin zəngin turizm imkanlarının turistlərə çatdırılmasına, eləcə də Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının inkişaf etdirilməsinə öz töhfəsini verəcək,”- deyə K.Quluzadə bildirib.
Qeyde dək ki, yanvarın 28-də keçirilən “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” seminarında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib ki, Zəngilan Beynəlxalq Hava Limanının, eləcə də Laçın Hava Limanının tikinti işlərinə başlanması məqsədilə hazırlıq və mobilizasiya işləri aparılır. Həmçinin, qeyd edilən hava limanlarının vaxtında istismara verilməsinin təmin edilməsi məqsədilə ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə zəruri tədbirlər davam etdirilir.