Ramin Bayramlı yeni vəzifəyə təyin olunub?
![](https://media1.az/wp-content/uploads/2022/01/56468d56159015597686636916310622721.jpg)
TƏBİB-in keçmiş sədri Ramin Bayramlının DİM sədri Məleykə Abbaszadənin müşaviri təyin olunduğuna dair məlumatlar yayılıb.
media1.az xəbər verir ki, bu barədə DİM-dən məsələyə münasibət bildirilib.
“Yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə qeyd olunub.
Qeyd edək ki, Ramin Bayramlı ötən il sentyabrın 12-də TƏBİB-in sədri vəzifəsindən azad olunub.