DYP qarlı hava ilə bağlı yollarda son vəziyyəti açıqlayıb
![](https://media1.az/wp-content/uploads/2022/01/452e91de164241130225938938910153177.jpg)
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı son vəziyyətlə bağlı məlumat yayıb.
İdarədən “İki sahil”ə verilən məlumata görə, ötən gün saat 19:00-dan başlayaraq DİN Baş Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirib.
Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb.