22 Noyabr 2024

Bakıda 200 metrlik rabitə kabeli oğurlandı – FOTO/VİDEO

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş, Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb.

O, ifadəsində etdiyi oğurluğu etiraf edib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.https://www.youtube.com/embed/C2zEJQCEHnA