23 Dekabr 2024

18 ildə 1 əsrlik inkişafın memarı: Müzəffər Ali Baş Komandan İlham Əliyev

31 oktyabr 2003-cü il

Cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilir. Azərbaycanın böyük zəfər, inkişaf yolunda başlayan böyük marafonu İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyur.

Ordu quruculuğu

Preident İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına daxil etməklə yanaşı, Qafqazın ən güclü ordusu sıralarında ilk sıraya yüksəldir. Hərbiçilərin təminatı gücləndirilir, ordunun silah təminatına ən müasir silahlarlar, artireliya qurğuları əlavə edilir, əsgər və zabitlərin sosial təminatı gücləndirilir.

Əhalinin sosial rifahı

Prezident İlham Əliyevin əsas məqsədi və bütün işlərindəki əsas addım Azərbaycan xalqının rifahı olmuşdur. Hər il əhalinin sosial təminatının gücləndirilməsi məqsədi ilə fərman və sərəncam imzalanır, yeni iş yerləri yaradılır, 18 ildə işsizlik minimuma endirilir, təqaüd və pensiyalar artırılır, Dövlət hesabına yardım alan insanların təminatı gücləndirilir.

Xalqın sağlamlığı, səhiyyə sistemi

Azərbaycan əhalisinin sağlamlığının qorunması cənab İlham Əliyevin ən prioritet siyasi xətti olmuşdur. Pandemiyanın ilk yarandığı zamanlarda Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsi zamanı deyir “Biz ya iqtisadiyyatı yada insanların sağlamlığını seçməli idik. Biz xalqın sağlamlığını seçdik, iqtisadiyyat bərpa oluna bilər” bu belə xalqın sağlamlığının cənab İlham Əliyevin siyasətinin bir amalı Azərbaycan xalqının inkişafı sağlamlığı olduğu göstərilir. 18 ildə ölkənin bütün rayonlarında  Yeni xəstəxanaların açıldı, yeni, ən müasir tibbi avadanlıqlar açıldı. Sığorta sistemi yaradıldı.

Yol infrasturukturu

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yol infrasturukduranda dünyanın ən lider ölkələrini belə keçərək ilk yerlərin sahibi olub. Yol quruculuğu, insanların rahat səyahəti, eyni zamanda ipək yolu daşınmaları yeni yollar vasitəsilə həm zamandan qənaət edir və təhlükəsiz tez zamanda məkana çatırlar.

Şəhərlərdə yenidənqurma

Azərbaycanın bütün şəhər və rayonları, mərkəzi küçə və prospektləri tarixi, milli-mənəvi dəyərlərin qorunması yenidən inşa edilib, yeni müasir üslubda binalar tikilib, ölkənin hər yerində insanların istirahəti üçün geniş park yerləri inşa edilib, bunun məntiqi nəticəsidir ki, Bakı şəhəri UNESCO-nun yaradıcı şəhərləri siyahısına daxil edilib.

Şəhid ailələri qazilərə dövlət qayğısı

Ölkəmizin müstəqilliyi bütövlüyü uğrunda gedən döyüşlərdə qanından canından keçən hər bir Azərbaycan Vətəndaşı Müzəffər Ali Baş Komandanın onlara diqqət və qayğısını hər an hiss edir. Şəhid ailələri və qazilərimizin sosial təminatını hər il daha da gücləndirilir, məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən evlər verilir, qazilərimizin sağlamlıqların bərpası üçün dövlət hesabına dünyanın ən yaxşı müasir xəstəxanalarında müalicəyə göndərilir. Prezidentin sərəncamı ilə yaradılan YAŞAT fondu şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının təzahürüdür.

Vətən müharibəsində qazanılan ZƏFƏR

Prezident İlham Əliyev Azərbaycanın 200 ildən sonra Zəfər qazanan tək lideri olaraq adını Azərbaycanın şanlı tarixinə yazdırdı. Rəşadətli Ordumuzun gücü ilə qazanılan şanlı Zəfər ilham Əliyev diplomatiyası ilə gücləndirildi. Bu o diplomatiyadır ki, dünyanın ən güclü lobbiilik fəaliyyətinə erməni lobbiçiliyinə qalib gəldi. Erməni faşizmini dünyaya tanədaraq xalqın birliyi ilə böyük zəfər qazandı.

Qarabağın dirçəlişi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qaydış üçün Qarabağımızda yenidən inkişafı üçün böyük addımlar atdı və atmağa davam edir. Aparılan sürətli işlərin nəticəsidirki 30 ildir ayrı qaldığımız vətən torpağında dövlət hesabına yeni evlər tikilir vətəndaşların qayışı yenidən Qarabağa həyatın qayıdışı üçün böyük işlər görülür

Dünyada çox liderlər olub. Xalqı ilə bir bütün olan, xalqının hər bir fərdinin sevgisini qazanan, siyasəti, xalqın rifahını gücləndirmək siyasətini bütün vətəndaşlara hiss etdirən, xalqın sevgisindən güc alan bir lider var cənab İlham Əliyev!

18 ildə  Azərbaycanımızı 1 əsrə bərabər inkişaf etdirən, Zəfər qazanmış Azərbaycanın memarı 60 illik yubliyenizi təbrik edirik edirik! Xalq Sizə minnətdardır cənab İlham Əliyev!

Taleh Mansurov,

 YAP Yasamal rayon təşkilatının fəal üzvü

“Gənclərin Töhfəsi” İctimai birliyinin baş katibi