24 Dekabr 2024

Ağdam rayonunda Milli Qəhrəmanların anım tədbiri keçirilib

Ağdam Rayon Heydər Əliyev Mərkəzində 1991-ci ildə şəhid olmuş, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Faiq Ağayevin və Hidayət Rüstəmovun anım tədbiri keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Rayon Polis Şöbəsinin əməkdaşları, Ağdam Polis Alayının veteranları, şəhid ailələri və qazilər iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Komleksini və Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsində yerləşən, mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam etmişdir. Çıxış edənlər Milli Qəhrəmanların keçdiyi döyüş yolundan, onların gənclərə örnək olan qəhrəmanlıqlarından söz açmışlar.

Media1.az