06 Fevral 2025

UNEC-in doktorantı Bərdə Peşə Liseyində pedaqoji fəaliyyətə başlayıb.

2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktoranturasına qəbul olan Vəliyeva Könül Mübariz qızı Bərdə Peşə Liseyində yüksək texniki peşə təhsili səviyyəsi üzrə “Mühasibat uçotu” ixtisas qrupunda pedaqoji fəaliyyətə başlayıb.

Könül Vəliyeva buna qədər eyni universitetdə “İqtisadiyyat” ixtisası üzrə bakalavriat, daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət proqram və layihələrinin idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsilini fərqlənmə diploma ilə başa vurub. Eyni zamanda Dövlət qulluğu vəzifələrinin tutulması üzrə test imtahanlarından BB1, BA3, AC1 sertifikatları əldə etmişdir. Bundan başqa yüksəliş müsabiqəsinin final mərhələsinədək irəliləyərək müsabiqə tərəfindən təşkil edilmiş idarəedici rəhbərlərin iştirakı ilə 50-ə yaxın, Azərbaycan Respublikası Mərkəzi Bankının 60-a yaxın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş 50-ə yaxın təlim və seminarlarda iştirak etmişdir. K.Vəliyeva ilə söhbət edərkən, o, təəsüratlarını belə ifadə edib:Son dövrlərdə peşə təhsili sahəsində həyata keçirilən islahatları yaxından izləyirəm. Peşəkar karyeramı məhz Bərdə Peşə Liseyində davam etdirmək qərarına gəldim. Bu qərarımı sürətlə modernləşən Bərdə Peşə Liseyinyində perspektivli gənclərin hərtərəfli karyera inkişafı üçün yaradılan imkanlarına görə verdim və müəllimlərin işəqəbul müsabiqəsində uğurla iştirak edərək uğur qazandım.Təhsil aldığı qabaqcıl universitetlərdə qazandığı bilik, bacarıq və təcrübəni Bərdə Peşə Liseyində tətbiq etmək əzmində olan Könül Vəliyeva regionda yerləşən bu peşə təhsili müəssisəsinin gələcək uğurlarında pay sahibi olacağına əminliyini ifadə edib.