15 Mart 2025

Ticarət obyektlərində paltardəyişmə otaqlarının fəaliyyətinə icazə veriləcək

Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək.