Saakaşvilidən açıqlama: “Qarşıdakı günlərdə mübarizə daha da şiddətlənəcək”

“Dövlət Təhlükəsizlik Xidməti fəal şəkildə mənim Qoridən həbsxanaya qaytarılacağımla bağlı şayiələr yayır”.
24News.ge xəbər verir ki, bu sözləri Qori Hərbi Hospitalına yerləşdirilən eks prezident Mixeil Saakaşvili özünün facebook səhifəsində yazıb.
Saakaşvilinin sözlərinə görə, qarşıdakı günlərdə mübarizə daha da şiddətlənəcək: “Bu günlərdə DTX mənim Qoridən həbsxanaya qaytarılacağımla bağlı fəal şayiələr yayır. Bütün bunlar, birincisi, məni və fəallarımızı şantaj etmək, ikincisi, diqqəti yayındırmaq və rejimin nəfəs almasına vaxt qazanmaq üçün edilir. Nika Meliyanın DTX-ya tamamilə qeyri-qanuni və gülünc çağırılması da buna xidmət edir. Buna isə Nika çox düzgün və ləyaqətlə cavab verdi. Mən İvanişviliyə demək istəyirəm ki, məni hara aparmaq istəyirsən? Mən artıq işgəncələrə və qeyri-insani rəftara məruz qalmışam və siz daha məni təəccübləndirə bilməzsiniz. Qarşıdakı günlərdə mübarizə şiddətlənəcək və sizin məğlubiyyətinizə qədər dayanmayacaq. Yaxşısı budur ki, gec olmadan ağlınızı başınıza yığıb milli barışığa gələsiniz, bu, hamı üçün ən yaxşı həll yoludur!” – deyə Mixeil Saakaşvili bildirib.