15 Mart 2025

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 07:38-də Zaqatala stansiyasından 16 km şimal-şərqdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnitudası 3,5 olan zəlzələ hiss olunmayıb.