22 Noyabr 2024

Azərbaycan UNESCO-nun Komitəsinə üzv seçildi

UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib.

Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb.

Səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti dörd il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan Respublikası 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib.