Qənirə Paşayeva Özbəkistanın media təmsilçiləri ilə görüşüb
![](https://media1.az/wp-content/uploads/2021/12/222993493410b21fab935c1e9ae59705.jpg)
Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın populyar “Qalampir.uz”, “darakchi.uz” xəbər portallarının, Özbəkistan-Türkiyə birgə layihəsi “ÖzbekistanHaber” informasiya portalının, tanınmış “Siyasət” jurnalının redaktorları və sosial şəbəkələrdə olduqca fəal olan, Azərbaycana yaxınlığı ilə seçilən tanınmış bloqgerlərin Azərbaycana mediaturunun təşkil olunmasını yüksək qiymətləndirib.
Jurnalistlər və onların təmsil etdiyi informasiya orqanlarının Azərbaycan həqiqətlərini sevgi və sayğı ilə təbliğ etdiyini vurğulayan Q.Paşayeva, onların 44 günlük Vətən Müharibəsində də, ölkəmizə yaxından dəstək göstərdiklərini minnətdarlıqla qeyd edib.
Q.Paşayeva qardaş ölkəyə ötən ay baş tutan səfərinin, Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin uğurla kecdiyini deyib.
Komitə sədri mediaturda istirak edən qardaş ölkə jurnalistlərinin Füzuli və Şuşada olmasını, müvafiq materiallar hazırlamasını, o cümlədən müsahibələr götürməsini, çəkilişlər aparmasını onların peşəkarlığı və Azərbaycana qardaş məhəbbətinin ifadəsi adlandırıb.
Özbək media təmsilçiləri ilə görüşdə, onlara Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında həyata keçirdiyi çoxsaylı vandalizm aktları, tarixi-mədəni, dini abidələrin dağıdılması, eləcə də, azad edilən ərazilərdə aparılan geniş quruculuq, abadlıq işləri haqqında ətraflı məlumat verilib.
Q.Paşayeva MM Mədəniyyət Komitəsinin, qardaş ölkə jurnalistlərinin mediaturuna dəstək verən qurumlardan biri olmasından məmnunluğunu söyləyərək, belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyinə toxunub.
“Qalampir.uz” xəbər portalının baş redaktoru, tanınmış jurnalist Kamaraddin Şayxov, “Qalampir.uz” xəbər portalının videomateriallar və sosial şəbəkələr üzrə jurnalisti Şahzodaxon Şayxova, “Qalampir.uz” xəbər portalının operatoru Şoniyar Mautov, “ÖzbekistanHaber” informasiya portalının baş redaktoru, tanınmış jurnalist Murat Palavar, “ÖzbekistanHaber” informasiya portalının operatoru Hişam Güney, Özbəkistanın tanınmış bloqgeri Akida Maxirova, Özbəkistanın ünlü “Siyasat” jurnalının baş redaktoru Mirodil Abduraxmanov, Özbəkistanın aparıcı darakchi.uz xəbər saytının aparıcı jurnalisti Sardorbek Raxmankulovla görüşdə “Nəfəs” İB sədri Firəngiz Balakişiyevaya, RHİM İB sədri Arzu Bağırova iştirak edib.
Komitə sədri adıkeçən ictimai birlik başçıları ilə birgə qardaş ölkə media təmsilçilərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Qardaş ölkə jurnalistləri səmimi görüş üçün təşəkkür edib, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa daxil olmaqla, ölkəmizə səfərdən, keçirdikləri görüşlərdən zövq aldıqların bildiriblər.
![](https://b.radikal.ru/b37/2111/b4/545a450d5d7a.jpg)
![](https://a.radikal.ru/a14/2111/fe/e7a64cc6bbfb.jpg)
![](https://c.radikal.ru/c17/2111/3b/85d7894be29d.jpg)
![](https://c.radikal.ru/c30/2111/9d/81cd8b47a480.jpg)
![](https://c.radikal.ru/c17/2111/a6/311938316ae1.jpg)