21 İyun 2025

DSX: “Helikopterin qəzaya uğraması nətcəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb”

“Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib”.

Bunu APA-ya Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.