Ölkəyə malların rüsumsuz gətirilməsi limiti azaldılır? – DGK-dan açıqlama
Dövlət Gömrük Komitəsi (DGK) bir sıra KİV-lərdə fiziki şəxslər üçün malların rüsumsuz gətirilməsi limitinin 300 dollardan 100 dollaradək azaldılması barədə yer alan məlumatı şərh edib.
DGK-dən bildiriblər ki, bu cür qərarların qəbulu Nazirlər Kabinetinin səlahiyyətindədir.
“Dövlət Gömrük Komitəsi icraedici strukturdur. KİV-lərdə yayılan bu məlumat həqiqətə uyğun deyil”, – deyə komitədən bildiriblər.
Qeyd edək ki, 2020-ci ildən bir fiziki şəxsin adına gətirilən 300 dollardan çox olmayan mallara rüsum tətbiq olunmur.
Əvvəllər bu rəqəm 1000 dollara bərabər idi.