22 Noyabr 2024

Qanunsuz ov edən əcnəbi vətəndaşlar cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

Media1.az xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Muhammad Almutairi, Abdullah Alateeo, Nawaf Alateeo və Abdulrahman Alghareeb olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 4 000 manat məbləğində cərimə olunub”.