21 İyun 2025

Paşinyan Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə zəng edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Media1.az APA-ya istinadən xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər.

Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb.