21 İyun 2025

İranda zəlzələ zamanı 70 nəfər xəsarət alıb, ölən var

İranın cənubundakı Hörmüzqan əyalətində baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

Media1.az Report-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib.  

“Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb”, – o deyib.

Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.

Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.