22 Noyabr 2024

Hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Media1.az-a verilən məlumata görə, noyabrın 16-da hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Noyabrın 15-i axşam Azərbaycanın şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.