21 İyun 2025

Rus və ingilis qırıcıları üz-üzə qaldı – On minlərlə hərbi qüvvə hərəkətə keçdi

Rusiya və Ukrayna arasında Qara dəniz gərginliyindən sonra bu dəfə Polşa və Belarus arasında miqrant böhranı yaşanır.

Media1.az xəbər verir ki, Polşa sərhədini keçmək istəyən minlərlə miqrantla başlayan böhran daha da çıxılmaz hala gəlib.

Baş verənlərə müdaxilə edən Rusiya Belarusa bombardmançı təyyarələr göndərib və iki ölkə arasında birgə təlim keçirilib. Amma bu zaman gözlənilməz olay baş verib və rus hərbçilərinin olduğu təyyarələr və paraşütlərin qarşısı ingilis qırıcıları tərəfindən kəsilib.

Təlim zamanı Rusiya üçün başqa bir gözlənilməz hadisə də olub. Gərginliyin baş verdiyi qərb sərhədləri yaxınlığındakı təlim zamanı iki rusiyalı paraşütçü paraşütdən yıxılaraq həyatını itirib.

Bütün bu hadisələrdən sonra bölgədə hərbi fəallığın artması çaxnaşmaya səbəb olub. Ölkələr böhranın öz şərtləri ilə həllində israrlıdırlar.

Belarus dünən axşamdan donmuş meşələrdə qidasız qalan qaçqınlar üçün düşərgələr qurmağa başlayıb. Belarus hərbi qüvvələri sərhəddəki miqrant düşərgələrinə odun və su gətirib.

Rusiya Prezidenti Vladimir Putin ABŞ, Polşa və Avropa İttifaqı tərəfindən Polşa sərhədlərində xaos yaratmaq üçün qaçqınlardan istifadə etməklə “hibrid müharibə” başlatmaqda ittiham olunur. İddiaya görə, Rusiya yaranmış qarışıqlıqdan istifadə edərək, eyni zamanda, Ukraynaya qarşı yeni işğal planını həyata keçirmək məqsədilə bu ölkə ilə sərhədlərinə on minlərlə hərbi qüvvə göndərib.