22 İyun 2025

Bərdənin Qazaxlar məktəbində məişət zorakılığı və onun növləri müzakirə olunub

Noyabrın 12-də Qazaxlar kənd tam orta məktəbdə narkomaniya, regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının həyata keçirilməsi məqsədi ilə tədbir keçirilib.

Tədbirdə məktəbin müəllimləri, IX-XI sinif şagirdləri və kəndin həkim ambulatoriyasının həkimi Rüksarə İsgəndərova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Zövqiyyə Əsədova öz çıxışında tədbirin məqsədi, mövzu ətrafında məktəbdə aparılan işlər haqqında məlumat verib, “Məişət zorakılığı və onun növləri, erkən nikahla mübarizə yolları” mövzusunda öz fikirlərini bölüşüb, zorakılığın növlərini, əsas səbəb və nəticələrini qeyd edib.

Məktəbin biologiya müəllimləri Səadət Kərimova və Aygün Hümbətova vəməktəbin XI sinif şagirdi Məhluqə Nəbiyeva narkomaniyanın, eyni zamanda erkən nikahın fəsadları haqqında məlumat veriblər.

Tədbirdə həmçinin ambulatoriyanın həkimi R.İsgəndərova erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərməktəblərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verilib, mövzu ətrafında slaydlar təqdim edib.

Sonda mövzu ətrafında, videoçarx təqdim edilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Media1.az