Bərdədə sakinlər donur, Qaz-qəza idarəsi isə gələn həftənin 1-ci gününü gözləyin deyir

Bərdənin “Yağzavod” ərazisində yaşayan Əliyevlər ailəsinin mənzilində noyabrın 11-dən başlyaraq qonşulardan fərqli olaraq qaz yanmır.
Qaz qəza xidmətinə məlumat veriləndən sonra idarənin əməkdaşları abonentin mənzilində olublar. Yoxlamanın nəticəsinə görə bildiriblər ki, qaz xəttindəki reduktorda nasazlıq var. Nasazlığın aradan qaldırılması tez bir zamanda mümkün deyil.Yaranmış texniki nasazlığın aradan qaldırılması gələn həftənin birinci günü mümkün ola bilər. Səbəb də anbarda reduktorun olmamasıdır.
Mənzildə azyaşlı uşağın və xəstənin olması idarə işçilərinin nəzərinə çatdırılsa da vətəndaşa operativ və lazımi köməkliyin göstərilməsi mümkün olmayıb.
Onu da qeyd edək ki, abonent Yeganə Əliyeva ailə üzvlərinin səhhətində yarana biləcək hər hansı xəstələnməyə görə Bərdə rayon Qaz qəza idarəsinin məsuliyyət daşıdığını deyir. Qaz idarəsi əməkdaşlarının məsuliyyətsizliyi ucbatından xəstələnərlərsə buna görə aidiyyatı dövlət qrumlarına şikayət edəcək.