Futbol millimiz seçmə mərhələni qələbə ilə başa vurmaq üçün son görüşünə çıxır
Bu gün futbol üzrə Azərbaycan millisi Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, bu, millimizin cari tsikldə son matçı olduğundan, qrupu qələbə ilə başa vurmaq zərurətə çevrilib.
Cırtdan ölkə təmsilçisinə səfərdə sentyabrın 1-də 1:2 hesabı ilə uduzmuş Canni De Byazinin yetirmələrinin indi revanş almaq imkanı var. Düzdür, bu qələbə millimizi sonuncu pillədən xilas etməyəcək. Lakin futbolçularımızın tsiklin sonunda müqaviləsi başa çatacaq italyan baş məşqçini qələbə ilə yola salmaq imkanı var.
Qeyd edək ki, qrupun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matçında İrlandiya Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
21:00 Azərbaycan – Lüksemburq
Baş hakim: Manuel Şütenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu
Media1.az