Bakıda güclü küləyin AĞIR FƏSADLARI – 11 nəfər xəsarət aldı

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu barədə Media1.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Onlardan 5-i kişi, 6-sı qadındır.
Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
***
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Media1.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, üç kişi, dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.