22 Noyabr 2024

Əli Əliyevin saxlanılması barədə məlumat təsdiqləndi: İfadə üçün çağırılıb – YENİLƏNDİ VİDEO

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, bu məlumatı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsindən paylaşıb.

Əvvəl Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib.

Baş redaktor həmçinin “Bumeranq” TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.

Musavat.com Əli Əliyevin hansı hüquq mühafizə orqanı tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilib. İstintaq orqanı müxbirimizə bildirdi hazırda VİP sədri və “Bumeranq” TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.



Mövzunu və partiya sədri ilə jurnalisti istintaqa cəlb edən qurumun adını müvəqqəti olaraq, həmin qurumun xahişi ilə yazmırıq. İrəliləyən saatlarda VİP sədri Əli Əliyev və Elçin Rəhimzadə özləri məlumat yayacaqlar.

İstintaq orqanından Musavat.com -a bildirildi ki, adları çəkilən şəxsləri sadəcə, ifadə üçün dəvət ediblər. Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb.

Əlavə məlumat veriləcək.

Media1.az