21 İyun 2025

Zəfər günü Bərdə Peşə Liseyində qeyd olunub-FOTOLAR-Yenilənib

Noyabrın 5-də ölkəmizin hər yerində olduğu kimi “Zəfər günü” Bərdə Peşə Liseyində də qeyd olunub.  

Noyabrın 5-də Bərdə Peşə Liseyində  Zəfər bayramına həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Bərdə Peşə Liseyinin direktor müvini  Rafiq Alıyev çıxış edərək tədbiri açıq elan edib. Və  bildirib ki, 44 günlük müharibədə Bərdə Peşə Liseyinin 20 məzunu iştirak edib. Onlardan üçü şəhid olub, 17 nəfər isə sağ salamat ailəsinə qayıdıb. Liseyin “Zəfər bayramı” tədbirində şəhid ailələri və qazilərin iştirakı arzulandığından dəvət olunublar. Məzun döyüşçülərdən iki nəfər, Hüseyn Qasımov və Güloğlan  Əsgərov iştirakçılar arasındadır. Eyni zamanda  direktor müavini Rafiq Alıyev liseydə işləmiş şəhid atası Fikrət Zeynalovun da tədbirdə iştirak etdiyini vurğulayıb.

“Ötən ilin 27 sentyabrında Azərbaycan ordusu həks hücum əməliyyatına başladı. Dünya tarixində bənzəri olmayan, misli görünməyən qələbəyə imza atdı.Bu qələbə Zəfər bayramı ilə tamamlandı. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 8 noyabr “ Zəfər günü” xalqımızın tarixində ən əziz bayramlardan biri oldu.Bu günün bayrama çevrilməsi Uluöndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu siyasətin, ordu quruculuğunun və Xalq – ordu birliyinin nəticəsidir”- deyə direktor müavini Rafiq Alıyev vurğulayıb.

Rafiq Alıyev qazanılan qələbədə Azərbaycan xalqının şərikinin olmadığını, Torpaqlarımızın işğalına beynəlxalq təşkilatların göz yumaraq , seyrçi mövqeyi ilə yanaşdığını, BMT qətnamələrinin həmin təşkilatın yox, Azərbaycan ordusunun öz gücünə həyata keçirildiyinin, düşmənin işğal etdiyi ərazilərdən qovulduğunu , bununla da Azırbaycan xalqının şərəf və namusuna düşən ləkənin təmizləndiyini deyib.Əlavə edib ki, həmişə dediyimiz “ Fəxr edirəm ki, Mən azərbaycanlıyam” sözlərini indi daha da uca səslə , məğrurluqla söyləmək haqqı qazanmışıq.     

Şəhid Turqut Zeynalovun atası Fikrət Zeynalova  söz verilərkən  o, oğlunun döyüş yolu haqqında məlumat verib.Qeyd edib ki, Turqut Zeynalov Suqovuşan istiqamətində düşmənin yaratdığı istehkam xəttinin yarılmasında iştirak edən hərbçilərdən olub. Döyüşlərin başladığı ilk gün,yəni sentyabrın 27-də şəhid olub. Şəhid atası Fikrət Zeynalovun bildirdiyinə görə , oğlu Turqut sonuncu dəfə anası ilə danışarkən yaralı olub. Ancaq , sağ salamat , yaxşı olduğunu deyib, yaralandığını bildirməyib. Şəhid atası Fikrət Zeynalov  bildirib ki, mütəmadi olaraq şəhid ailələrində olur, onların kədərinə şərik olur, dərdini bölüşür. Belə ki O , 800 dən artıq şəhid ailəsinin evində olduğunu qeyd edib. Şəhid atası dövlət başçısı İlham Əliyevin  şəhid ailələrinə göstərdiyi diqqət və qayğdan danışaraq, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib.Göstərilən qayğıya görə dövlət başçısına minnətdarlığını dilə gətirib.

Onu da qeyd edək ki, şəhid Turqut Zeynalov  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Zeynalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.  

Şəhid Turqut Zeynalovun atasından sonra söz qazilər Hüseyn Qasımov və Güloğlan  Əsgərov çıxış edib, döyüş təəssüratlarını bölüşüblər.

XTQ-nin düyüşçüsü olmuş Bərdə rayon 32-lər kənd sakini Mehralıyev Elnur çıxış edərkən 44 günlük müharibədə özü ilə bərabər,cəbhənin müxtəlif istiqamətlərində qardaşının da döyüşdüyünü  bildirib. Döyüşlərin gedişində qardaşı Elşən Suqovuşan istiqamətində şəhid olub. Elnur döyüşlərdə yaralansa da vətən uğrunda döyüşmək amalından əl çəkməyib.Yenidən döyüşlərə qatılıb. Kəlbəcərdən tutmuş Şuşaya qədər döyüşlərdə iştirak edib. Keçdiyi döyüş yoluna , xüsusi igidliklər göstərdiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə yüksək orden və medallarla mükafatlandırılıb.

Bərdə Peşə Liseyinin Tədris İşləri üzrə direktor müavini Samir Nəcəf çıxış edərək tədbir iştirakçılarını bir daha 8 noyabr ”Zəfər günü “ ilə bağlı təbrik edib. Qazanılan qələbədə iştirak etmiş zabit və əsgərlərimizin fədakarlığını yüksək qiymətləndirib. Qələbə üçün şəhid qazilərimizə borclu olduğumuzu vurğulayıb.”Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dekabr 2020-ci ildə II Qarabağ müharibəsində qələbəmizin şərəfinə “Zəfər günü” elan etmişdir.Bu gün bütövlükdə Azərbaycan xalqının bayramıdır. Şəhidlər hər birimiz üçün əzizdir.Onların adını uca tutmaq, yaşatmaq Hamımızın borcudur .  Qələbənin əldə olunmasında canından keçmiş şəhidlərin qarşısında baş əyirəm.Onların valideynlərinin əllərindən öpürəm.”-deyən Samir Nəcəf şəhidlərin heç vaxt unudulmayacağını, daim Azərbaycan xalqının qəlbində yaşayacaqlarını vurğulayıb.  

Tədbirin rəsmi hissəsindən sonra vətənpərvərlik mövzusunda lisey şagirdlərinin ifasında şerlər sylənilmiş, teatrallaşdırılmış hərbi döyüş ruhuna uyğun səhnəciklər nümayiş olunmuşdur.

Sonda dəvət olunan şəhid ailəsi, döyüşçü olmuş qonaqlara ,  “Zəfər günü “ yazı inşa müsabiqəsinin qaliblərinə, tədbirin ədəbi-bədii kompozisyasında rol alan iştirakçılara mükafatlar təqdim olunub.

Media1.az – Musa Muradlı